Cəmiyyət

Naxçıvanda neolit və eneolit dövrünə aid 20-dən çox yaşayış yeri aşkar edildi

29 Avqust 2014 16:28
0 Şərh     Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları Naxçıvan çayın ətrafında neolit və eneolit dövrünə aid 20-dən çox yaşayış yeri aşkar ediblər.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, alimlər qədim Naxçıvanın Babək rayonu ərazisindəki Kültəpə yaşayış yeri və onun ətrafında aparılan qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələrinin eramızdan əvvəl V minilliyə aid olduğunu bildiriblər.

Azərbaycan-Fransa birgə tədqiqat qrupunun işlədiyi ərazidə fransalı arxeoloqları əsasən qədim yaşayış yerlərinin quruluşu maraqlandırır. Məqsəd neolit dövrü Naxçıvanı haqqında daha ətraflı məlumat əldə etməkdir.

Qeyd edək ki, qazıntı sahəsindən götürülən nümunələr analizlərdən keçirilmək üçün Fransa və İtaliyaya göndəriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.