Cəmiyyət

Bakıda məmurlardan biri metroda göründü

31 Avqust 2014 16:43
7 Şərh     Baxış: 7 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rəzilliyin son həddi! Məmurlardan biri metroda göründü! Millətin gözündən pərdə asıllar! O havasız yerdə, yerin altında görünən məmur kimdi?"

- Ay Ürfan, axır vaxtdar diyillər metroda yaman gəzirsən ha...

- Məsmə nənə, əvvəla metro gediş-gəliş yeridir, yəni harasa gedib-gələ bilmək üçün bir vasitədir. Sonrası da ki, metroda görünmək məgər qeyri-adi bir işdir? Bütün millət metrodadır da.

- Ayə, maşının yoxmu sənin?

- Var.

- Bəs niyə metroda gəzirsən?

- Hər gün maşınla işə gedib-gəlsək, dünyadan bixəbər olarıq ki... Maşın sürərkən diqqətim sükanda olduğundan insanlara diqqət edə bilmirəm, bu problem də var. Biz yazı-pozu adamıyıq, unutmusan deyəsən.

- Ayə, mana gəlmə dana, yoxsa sən də özünü məmur hesaf eliyirsən?

- Necə yəni məmur?

- Məmurların qapısında 30-40 maşın olur. Əmbə həmişə bir maşında gəzillər. O birilər həyət-bajanın elə bil rəngbərəng ağaşdarıdı, bitif qalırlar yerlərində. Sən də maşını qapıda qoyuf piyada gəzirsən ki, guya maşınsızam.

- Ay Məsmə nənə, elə qəribə söhbətlər qurdalayırsan ki, mənim piyada gəzməyimin sənin söhbətinə heç aidiyyəti yoxdur. Sən deyən o məmurların maşınlarının bir, ən çoxu iki təkərinin qiymətidir mənim maşınım. Elə indi də metrodayam, işə gedirəm. Qatardan çıxacam, imkan versən, telefonu söndürərdim, yolda fikrim qarışır, sənə yazmaq problem olacaq.

- Ayə, dayan hələ. Məmur dedim yadıma düşdü, indi internatda yazajam ki, məmurrardan biri metroda gəzir, aləmi qatajam bir-birinə.

- Hansı məmur? Havayı yazma, heç kəs sənə inanmaz.

- Ayə, burda elə inanılmayan şeylər yazıb inandırırlar ki, mən yazdığım nədi ki? Ukraynadakı döyüş şikillərini qoyullar ki, bura Azərbaycandı. Suriydakı ölü şikillərini qoyullar ki, bura Azərbaycandı, canım sana desin, ağıllarına nə gəldi, düzüf-qoşullar ki, Azərbaycandı. Əsas odu ki, saytdara girənnər olsun, layka-mayka yığsınnar dana. Mən də yazajam ki, məmurun biri metrodadır, millət dəyəjək bir-birinə. O məmuru söyən kim, tərifliyən kim? Layka yığajam o ki var.

- Sonra da yalanına görə sənin dərsini verəcəklər.

- Ayə, deyəjəm hansısa saytda xavar vermişdilər, adı yadımnan çıxıf dana. İndi xavar istehsal eləmillər ey, bazar istehsal eliyir bəzi curnalistlər, əmbə sənin ZAMAN qazetinə aid döyül ha sözüm.

- Bilirəm, ay Məsmə nənə, bizim qəzetdə curnalist yoxdu, hamı jurnalistdi. Di yaxşı başımı qatma, mən çıxdım metrodan...

- Ağız, a gəlin, gəl kömək elə yazax. "Rəzilliyin son həddi! Məmurlardan biri metroda göründü! Millətin gözündən pərdə asıllar! O havasız yerdə, yerin altında görünən məmur kimdi?"

Aaaz, yaz dana, dedikcə yadımnan çıxır. Bir dənə də Putinin zadın daldan şikli varsa, tapıf qoyax, sıfatı görsənməsin. Aha, düzəltdik, pay atonnan ağız, gör nə qədər layka gəldi, ağız, söyüşdərə bax, yox sən baxma, di sən get çay gətir, mən oxuyum dana!..

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.