Cəmiyyət

Azərbaycanda hava nisbətən sərinləşəcək

29 Avqust 2014 13:35
4 Şərh     Baxış: 3 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycan ərazisində sinoptiklərin proqnozlaşdırdığı kimi hava nisbətən sərinləşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, avqustun 30-da Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 28-32 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında avqustun 30-da əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.