Cəmiyyət

Paytaxtın ən böyük prospektində sürət həddi qaldırıldı - FOTO

29 Avqust 2014 11:37
0 Şərh     Baxış: 3 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Heydər Əliyev prospektində sürət həddi 100 km/saat-a qədər artırılıb. Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu barədə Facebook istifadəçiləri öz profillərində yazıblar. Facebook istifadəçilərinin paylaşdıqları fotodan da görünür ki, burada sürət həddi 100 km/saatdır.

Məsələ ilə əlaqədar saytın əməkdaşı "Azəryolservis" in mətbuat katibi Pünhan Mürsəliyevlə əlaqə saxlamağa çalışıb. Ancaq bütün cəhdlər uğursuz olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlamaq cəhdləri də uğursuz olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə zəngə cavab verən tapılsa da, suallar yenə də cavabsız qalıb. Qurumdan bildiriblər ki, sürət həddinin qaldırılmasından xəbərsizdirlər.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.