Cəmiyyət

Bakıda ağsaqqal baxımsız daxmaya yerləşdirilib - VİDEO

29 Avqust 2014 12:25
4 Şərh     Baxış: 1 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lökbatan qəsəbəsində ürək ağrıdan mənzərə qonşulara rahatlıq vermir

ANS TV-nin məlumatına görə, evin ağsaqqalı, 52 yaşlı Zakir Zeynalov həyat yoldaşı tərəfindən bərbad vəziyyətdə olan daxmaya yerləşdirilib. Qonşuların dediyinə görə, ağsaqqal ürək ağrısından əziyyət çəkir və yeriyə bilmir. Artıq iki ildir ki, o, ailə üzvləri tərəfindən bu daxmaya qapadılıb. Baxımsız qalan Zakir Zeynalov daxmada yatır. Yemək versən, yeyir, verməsən də dinmir.

Qonşular onun bu halına dözə bilməyərək dəmir barmaqlıqlar arasından ağsaqqala qidalanmaq üçün yemək və su verirlər. Ərazidə yaşayanlar deyirlər ki, evin xanımı yalnız axşam saatlarında gələrək ona nəzarət edir. Maraqlıdır ki, Zakir Zeynalov şəxsən özünə məxsus yaşayış evinin qarşısında bu daxmaya yerləşdirilib. Qonşuların sözlərinə görə, Zakir Zeynalovun bir qız övladı da var. O da məhz bu evdə yaşayır.

Kimsəsiz və çarəsiz qalmış ağsaqqalın qohumu əraziyə gələrək bildirdi ki, həyat yoldaşı tərəfindən Zakir Zeynalova amansız təzyiqlər göstərilir. Dəfələrlə çarəsiz qalmış ağsaqqalın həyat yoldaşı Nuranə xanımla danışıqlar aparsa da, fayda verməyib. Ona nə baxıcı ayrılır, nə də ki, həkim müayinəsindən keçirilməsinə şərait yaradılır.

Elə bu problemlə əlaqədar Nuranə xanımın özü ilə əlaqə saxlamlı olduq. 52 yaşlı ahıl kişini niyə baxımsız vəziyyətdə daxmada saxlamağının səbəbini öyrənməyə cəhd edərək.

Nuranə xanım deyir ki, Zakir Zeynalov yaxın zamanlarda yeni tikilən evə köçürüləcək. Və o, tezliklə həkim müayinəsindən keçiriləcək.

İnşallah, xanımın dedikləri söz olaraq qalmaz. Gerçək olaraq reallığa çevrilər. Üfunətli, acınacaqlı vəziyyətdə daxmada qalan ağsaqqal da bu ahıl çağında normal həyatını yaşamış olar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.