Cəmiyyət

Bakcell məhkəməyə verilir

29 Avqust 2014 02:00
38 Şərh     Baxış: 9 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış mobil operator məhkəməyə verilir. Hüquqşünas Səbuhi Axundovu Bakcell şirkəti əsəbləşdirib. O, Milli.Az-a bildirib ki, dünən Bakcell onun bütün işlərini pozub:

"Bu olay sizlərdən əksəriyyətinizdə baş verib. Bunun səbəbi isə http://www.bakcell.com/ru şirkətinin yarıtmaz fəaliyyətidir. Bu gün cin nömrələr işləmir. Bütün zəngləri cavablaya bilməmişəm. Hətta heç bir təcili zəngləri də etmək mümkün olmayıb. Bu səbəbdən digər mobil operatorların nömrələrini və konturlarını almalı olmuşuq. Hələ də Bakcell-in KLASS nömrələrinin fəaliyyəti düzəlməyib. Bu olaylardan dolayı keçirdiyim bütün əsəb pozğunluğu, stresslərə, işlərmin pozulmasına və yarıtmaz müştəri xidmətinə görə Bakcell şirkətini məhkəməyə verəcəm".

Məsələ ilə bağlı Bakcell şirkətinin mövqeyini öyrənmək mümkün olmadı.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.