Cəmiyyət

Azan vermək ənənəsi İslamda necə yaranıb?

29 Avqust 2014 22:13
4 Şərh     Baxış: 5 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az islam.az-a istinadən bildirir ki, bu barədə görüşlər fərqlidir. Əhli-sünnə məzhəbində azanın tarixini Abdullah ibn Zeyd adlı səhabə ilə bağlayırlar. Bu nəzəriyyəyə görə, hicrətdən sonra Mədinədə məscid tikilib qurtardıqda Həzrət Mühəmməd Peyğəmbər (s) namaz vaxtını hansı üsulla elan etmək barədə səhabələrlə məşvərət aparır. Kimisi zəng çalmağı, kimiçi şeypur üfləməyi, kimisi də ocaq qalamağı təklif edir. Lakin bunlar xristian, yəhudi və atəşpərəst ayinləri olduğu üçün, Peyğəmbər heç birini bəyənmir.

Bir neçə gündən sonra Abdullah ibn Zeyd Peyğəmbərin yanına gəlib, qəribə yuxu gördüyünü bildirir. Guya yuxuda yaşıl geyimli bir nəfər ona namaz çağırışını öyrətmək istədiyini söyləyib, üzü qibləyə əvvəlcə azanı, ardınca da iqaməni oxuyub. Peyğəmbər Abdullahı dinləyib buyurur: "Bu, doğru yuxudur. Həmin kəlmələri Bilala öyrət; onun səsi sənin səsindən daha gözəldir". Abdullah da yuxuda eşitdiyi azan və iqamə cümlələrini Bilala öyrədir və Bilal həmin qayda ilə ilk azanı oxuyur.

Şiə məzhəbinə görə isə azanın verilmə qaydası Allah tərəfindən Cəbrail vasitəsilə bilavasitə Peyğəmbərə vəhy edilmişdir. Bu, birbaşa vəhylə bağlı bir məsələ olduğu üçün, Peyğəmbərdən başqa bir şəxsə öyrədilməsi düzgün olmazdı. Ona görə də şiə mənbələrində Abdullah ibn Zeydlə bağlı yuxarıdkı hadisə düzgün sayılmır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.