Cəmiyyət

Avqustun sonu hava şəraiti dəyişəcək - YENİLƏNİB

27 Avqust 2014 13:17
9 Şərh     Baxış: 13 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:17

Avqustun 29-u gecə saatlarından başlayaraq Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur nisbətən enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ilkin proqnoza əsasən, avqustun 29-dan 30-na keçən gecədən başlayaraq paytaxt Bakıda cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəzlənəcək. Avqustun 30-u hava küləkli olacaq.

Sentyabrın ilk günləri də daxil olmaqla avqustun 30-dan başlayaraq hava nisbətən sərinləşəcək, temperatur enəcək.

Avqustun 29-na kimi isə isti hava şəraiti davam edəcək.

Avqustun 28-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, cənub-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi arada güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.

----------
12:44

Avqustun 29-u gecədən başlayaraq Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur nisbətən enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ilkin proqnoza əsasən, avqustun 29-dan 30-na keçən gecədən başlayaraq paytaxt Bakıda cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəzlənəcək. Avqustun 30-u hava küləkli olacaq.

Sentyabrın ilk günləri də daxil olmaqla avqustun 30-dan başlayaraq hava nisbətən sərinləşəcək, temperatur enəcək.

Avqustun 29-na kimi isə isti hava şəraiti davam edəcək.

Qeyd edək ki, bu gün Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcə isti proqnozlaşdırılıb.

Azərbaycanın əksər rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti qeyd edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.