Cəmiyyət

İstilər qayıdır

24 Avqust 2014 13:44
5 Şərh     Baxış: 6 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Həftənin ilk iş günü Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək.

Trend-in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 24-26°, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28°, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti təşkil edəcək.

Azərbaycanın bölgələrində hava yağmursuz olacaq. Havanın temperaturu gecə 20-25 gündüz 32-39, dağlarda gecə 15-20 gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.