Cəmiyyət

Azərbaycanda toydan qaçan gəlinin hekayəsi: "O məndən elə şeylər istəyirdi ki..." - VİDEO

23 Avqust 2014 10:15
48 Şərh     Baxış: 14 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18 yaşlı Günəş toyuna iki gün qalmış qəfil yoxa çıxmışdı

Lənkəran rayonunun Havzava kəndində baş tutan qəribə toy haqda məlumat vermişdik. Bu toyun qəribəliyi onda idi ki, toyuna iki gün qalmış 18 yaşlı gənc qız qəfil yoxa çıxmışdı. Bu xoşagəlməz məqama baxmayaraq toy baş tutmuşdu. Süjet efirə gedəndən sonra itkin düşmüş gəlin də tapılıb.

ANS TV-nin məlumatına görə, Lənkəran rayonundan ağlayaraq qızını axtaran atanı xatırlayarsınız. Bu gün həmin atanın Günəşim deyib axtardığı qızını tapmışıq. Üç gün əvvəl 18 yaşı olan Günəş Mənsimzadə isə itən gündən yolunu Bakıdan salıbmış. Toyundan iki gün əvvəl Lənkərəndan baş götürüb qaçan gəlinin açıqlamaları üzərində dayanaq. Günəş bu qaçışının səbəblərini valideynlərindən tam fərqli izah edir.

Günəş Mənsimzadənin sözlərinə görə, atası onu zorla ərə verib, o istəmirmiş, ağlayıb, amma ona fikir verməyiblər.

Günəş iddia edir ki, 15 yaşında nişanlandığı Nazim Həsənov onu mütəmadi olaraq fiziki zorakılığa məruz qoyub. Maraqlısı odur ki, qızın sözlərinə görə, anası bundan xəbərdar olub. Lakin o, qızının taleyilə bağlı heç bir tədbir görməyib.

Günəş Mənsimzadə deyir ki, məni döydüyünü anam bilirdi. Deyirdi, demə heç kimə, kənddə başıma qaxarlar.

Evdən qaçdığı günü isə Günəş belə xatırlayır.

Günəş Mənsimzadə qeyd edir ki, günün birində Nazim Həsənov adlı birisi mənə elçi gəldi: "Ailəm məni ona vermək istədi, ağladım. Dedim ki, mən oxumaq istəyirəm, ərə getmək istəmirəm. Amma ailəm mənim dediyimə məhəl qoymadı. Bir il sonra nişan oldu. Oğlan məndən 10 yaş yarım böyükdür. Bizim dünyagörüşümüz tamamilə fərqlənirdi. Onun istəkləri tamam başqa, mənim istəklərim isə tamamən başqa idi. İlk gündən Nazim Həsənovla mübahisələrimiz başladı. O məndən elə şeylər istəyirdi ki, mən isə onu istəmirdim".

Bu müddət ərzində isə Günəş Mənsimzadə Elyana Hüseynovanın evində qalıb. Elyana xanım deyir ki, Günəşin evdən qaçdığından xəbərsiz olub.

Bundan sonra Günəşi də götürüb Uşaq Krizis Mərkəzinə yollandıq. Mərkəzin rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə, burada zorakılıq faktı, erkən nikah və intihar məqamları olduğu üçün məsələ artıq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi tərəfindən araşdırılacaq.

Bizimlə söhbətində ailəsinə heç cür qayıtmaq istəməyən Günəş, bu müddət ərzində sığınacaqda yerləşdiriləcək.

Milli.Az "Kanal Baku"ya istinadən həmin görüntüləri təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.