Bu gün ali məktəblərə qəbul olanların qeydiyyat prosesi başa çatır. Sentyabr ayında universitetlər yeni tələbələri qarşılayacaqlar. Müxtəlif səbəblərdən tələbələrin bəziləri vaxtından əvvəl ali təhsil ocağını tərk edir.
Modern.az universitetlər arasında sorğu keçirib. Ötən tədris ilində (2013-2014) universitetdən nə qədər tələbə xaric olunub? Xaric olma səbəbləri arasında nələr üstünlük təşkil edir?
Mədəniyyət və İncəsənət Universitetinin tədris şöbəsinin müdiri Fəxriyyə Kərimova: "Ötən tədris ilində İncəsənət Universitetindən akademik borca görə 13 nəfər, öz xahişi ilə 4 nəfər xaric olunub. İki nəfər də vəfat edib".
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Ceyhun Vəliyev: "Qafqaz Universitetindən 2013-2014 tədris ilində 1 nəfər tələbə öz istəyi ilə ayrılıb. Həmin tədris ilində isə 6 nəfər yerli və xarici təhsil müəssisələrindən Qafqaz Universitetinə köçürülüb".
İqtisad Universitetinin mətbuat xidməti: "2013-2014-cü tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetindən 121 tələbə bu səbəblərdən xaric olunub: Normadan artıq dərs buraxdığı üçün I semestr ərzində əyani şöbədən - 39 tələbə; akademik borca görə I semestr ərzində qiyabi şöbədən - 34 tələbə; öz xahişi ilə - 26 tələbə, öz arzusu ilə xaricdə təhsil üçün - 16 tələbə; xarici universitetlərə köçürülmə ilə bağlı - 3 tələbə; akademik məzuniyyətdən qayıtmadığı üçün - 2 tələbə; Səhhəti ilə əlaqədar - 1 tələbə."
Tibb Universitetinin tədris hissə müdiri Nəsimi Qasımov: "2013-2014-cü tədris ilində Tibb Universitetindən 21 yerli tələbə, 45 xarici tələbə xaric olunub. Xaric olunma səbəblərindən birincisi tələbələr qrant udub dövlət xətti ilə təhsilini dünyanın daha qabaqcıl ali təhsil müəssisəsində davam etdirmək üçün xaricə gedirlər, ikincisi ailə xaricə inteqrasiya edir, üçüncüsü tələbələr xarici ölkələrdə institutlara daxil olurlar. Hamısı da öz ərizəsi ilə xaric olunub".
Milli.Az
Cəmiyyət
Ötən tədris ilində universitetlərdən nə qədər adam xaric olunub?
22 Avqust 2014 15:55
0 Şərh
Baxış: 934
DİGƏR XƏBƏRLƏR
- "Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
- Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
- Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOsu
XƏBƏR LENTİ
- Türkiyənin Rusiyaya kimyəvi maddə ixracının həcmi açıqlandı
- Rəşad Sadıqov: “Bu təklifləri dəyərləndirməyə çalışacam” - VİDEO - FOTO
- Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu
- Rusiya 21 yaşlı Azərbaycan vətəndaşını axtarışa verdi
- Türkiyədə zəlzələ oldu
- Sabah Bakıda 29° isti olacaq
- "Bu xəbər yalandır" - FOTO
- Kürdə batan ata dəfn edildi - Qızının axtarışları davam edir - Yenilənib
- Türkiyənin Azərbaycandakı səfirliyinə yeni müşavir təyin olundu - FOTO
- Taksilər kütləvi surətdə cərimə meydançasına aparılır? - AÇIQLAMA - VİDEO
- Məşhur rejissor vəfat etdi
- Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu
- Xocavənddə partlayıcı qurğular aşkarlandı - FOTO
- “Yaxşı atayam, amma ideal həyat yoldaşı deyiləm”
- Mbappe yekun qərarını verdi
- İrəvanda terror təhlükəsi: Universitet təxliyə edildi
- "Yalı çapkını"nın aktyoru üzr istədi - FOTO
- Azərbaycanın sədrliyi AQEM-in əsas vəzifələrinə mühüm töhfə verəcək - Kayrat Sarıbay - VİDEO - FOTO
- Məşhur aktyor uşaqlıqda döyüldüyü məktəbi alıb sökdürdü - FOTO
- “Səbail”in futbolçusu: “Bu məsələ onların vicdanına qalıb” - MÜSAHİBƏ
- İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqladı
- Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...
- Bakıya gəlib, “Brilyant əl”in məşhur səhnəsini TƏKRARLADI – FOTO
- Kəmaləddin Heydərov polkovniki yüksək vəzifəyə təyin etdi - FOTO