Cəmiyyət

Şəhidlərimiz belə təhqir olunmamışdı - YENİLƏNİB - FOTO

22 Avqust 2014 15:32
40 Şərh     Baxış: 21 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:32

"Şəhidlər Xiyabanındakı məzarların təhqir olunması hadisəsi gecə baş verib. Məzar bu gün səhər saatlarında təmizlənib". Bu sözləri modern.az saytına Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov bildirib.
"Orada olan mühafizə əməkdaşı da heç nə görməyib. Bu hadisə ilə bağlı müəyyən tapşırıqlar verilib. Hazırda araşdırmalar aparılır".

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin məzarları təhqir edildiyi göstərən fotolar yayılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov faktın araşdırılacağını qeyd edib.

X X X

Baş Prokurorluqdan Milli.Az-a daxil olan məlumatda deyilir ki,avqustun 21-dən 22-yə keçən gecə paytaxtın Şəhidlər xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində tapşırılıb. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.


----------
13:48


Əraziyə cavabdeh olan Qüdrət adlı şəxsin sözlərinə görə, Şəhidlər xiyabanına gecə və yaxud da gündüz vaxtı heç nəzarət olmur.

Yalnız ərazidə patrul xidməti var və onlar bütün əraziyə cavabdehdilər, tək xiyabana yox.

Qüdrət ərazidə nəzarət kamerasının olmadığını da diqqətə çatdırdı: "Yalnız bir kamera var, o da xiyabanın girişindədir".

---------
13:13


Şəhidlər xiyabanında İlham və Fərizənin məzarlarına qarşı rüsvayçı hərəkətin edilməsi təsdiqini tapdı. Hazırda Şəhidlər xiyabanında olan əməkdaşımız bildirdi ki, həmin ərazidə cavabdeh olan Qüdrət adlı şəxs ilk olaraq belə bir halı təkzib edib. Sonradan isə etiraf edib ki, şəhidlərin məzarına qarşı hörmətsizlik olmuşdu və aradan qaldırılıb.

Paytaxtda hər addımda oğlanlarla qızları güdən, onların hər bir hərəkətini "ictimai asayiş pozuntusu" kimi qələmə verən polis, görəsən, bu rüsvayçılğı niyə görməyib?

Səbail rayon Polis İdarəsi post-patrul xidmətinin rəisi Xəqani Qəhrəmanov Milli.Az-a açıqlamasında bildirdi ki, bu məsələdən xəbərsizdir. Qısa zamanda bu məsələ ilə maraqlanıb tədbir görəcək.

Qeyd edək ki, şəhid məzarını, qəbirləri təhqir etmək təkcə mənəvi deyil, həm də cinayət məsuliyəti daşıyır. Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsində göstərilib ki, qəbir və ya meyit üzərində təhqiredici hərəkət iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

----------
12:43

Milli.Az xəbər verir ki, Faceook sosial şəbəkəsində İlham və Fərizənin Şəhidlər xiyabanında olan məzarlarının şəkili yayılıb.

Şəkili yayan insan iddia edir ki, ötən gün Şəhidlər xiyabanında biabırçı hadisənin şahidi olub. Belə ki, oraya baş çəkən Əşrəf Həşimov adlı Bakı sakini İlham və Fərizənin qəbirlərinin boyandığını düşünüb. Çünki baş daşlarının üzərində boyanı xatırladan ləkələr var olub.

Ancaq Əşrəf baş daşına yaxınlaşanda həmin şeyin boya yox, nəcis olduğunu görüb. Şəkili çəkən şəxslə əlaqə saxladıq. O faktı təsdiqləyərək fotoları ötən gün, axşam saat 22:30 radələrində çəkdiyini bildirdi.

Məsələni daha dəqiq aydınlaşdırmaq üçün Şəhidlər Xiyabanına baş çəkəcəyik. Milli.Az-ı izləyin!

Ceyhun Ələkbərov
Milli.Az


----------
13:13

Böyütmək üçün şəkillərə klikləyin.



----------
12:43

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.