Cəmiyyət

Bu günün hava proqnozu

22 Avqust 2014 00:05
0 Şərh     Baxış: 2 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, lakin yağmursuz olacaq.

Şimal-qərb küləyi 9-14 m/s, arabir 16-18 m/s.

Havanın temperaturu gecə 24-27° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Bakıda gecə 24-26° isti, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 faiz , gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28° isti, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.

Qərb küləyi 5-10 m/s.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan,Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 24-29° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.

Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 29-34° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq.

Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi 5-10 m/s, arabir güclənəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Kəskin isti hava şəraitindən sonra avqustun 24-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və temperaturun bir qədər aşağı enməsi meteohəssas insanlar üçün müsbət amildir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.