Hadisə, Kriminal

Bu gün "ölüm körpüsü"nə çıxan şəxsin daha bir sirri açıldı

21 Avqust 2014 17:55
0 Şərh     Baxış: 6 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün intihara cəhd edən Sadiq Nəsirov ötən ayda da intihara cəhd edib. Milli.Az-ın əldə etdiyi məlumata görə, Sadiq Nəsirov iyul ayının 8-də metronun "Elmlər akademiyası" stansiyasında özünü qatarın altına atıb. Metro işçilərinin sayıqlığı nəticəsində onu xilas etmək mümkün olub.

Həmin vaxt bələdçilərin işarəsi ilə qatar tuneldə dayanmışdı ki, Sadiqi xilas etmək olsun.

Qeyd edək ki, bu gün hava limanı yolunun üzərində körpüyə çıxan şəxs intihara cəhd edib. Təqribən 50 yaşında olan kişi körpüyə çıxdıqdan sonra yerə tələblərini yazdığı məktub atıb. Məktubda qeyd olunub ki, intihar edən şəxs Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevdən şikayətçidir. Sadiq Nəsirov iddia edir ki, Lütfəli Babayev hələ Mingəçevir şəhərinin icra başçısı olan zaman onun 65 min dollar məbləğində pulunu mənimsəyib.

Teymur Hacıyev
Milli.Az


Uyğun linklər:

Bakıda kişini "ölüm" körpüsünə çıxaran səbəb bəlli oldu - VİDEO - FOTO          
Bakını təntidən intihar şousu FOTOlarda

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.