Cəmiyyət

Gəncədə Avropa Gənclər Parlamentinin "Gəncə 14 Forumu" keçirilir

21 Avqust 2014 17:32
Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
24 avqust tarixinədək davam edəcək forum Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, "ASAN Könüllülər" Gənclər Təşkilatı və Avropa Gənclər Parlamenti Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, 15 ölkədən 70-ə yaxın gəncin iştirak etdiyi forumun keçirilməsində əsas məqsəd Azərbaycan ilə Avropa ölkələri arasında inteqrasiya prosesini sırf gənclər sektoru aspektindən yanaşaraq genişləndirmək, Avropa Azərbaycan gəncləri arasında bilik və elmi mübadilə proseslərini gücləndirməkdən ibarətdir.

Elmar Vəliyev
, Gəncə şəhər İH-nin başçısı: "Konkret məsələlərə toxunuldu. Gənclərin arzusu, gələcəklə bağlı istəkləri dinlənildi. Biz də bu istiqamətdə işimizi qururuq. Burada Avropa Gənclər Təşkilatının rəhbərliyi təmsil olunur. Artıq bir neçə ölkə Avropa Gənclər paytaxtı nominasiyasının qalibi olub. Onlardan öyrənmək və gələcəkdə öz işimizə tətbiq etmək vacibdir".

Forum zamanı bildirilib ki, Gəncədə icra hakimiyyəti strukturunda çalışanların 50%-dən çoxunu gənclər təşkil edir. Şəhərdə yaradılan 5 yeni qəsəbə ilə əlaqədar yaranan 63 nəfərlik ştata da məhz gənclərin cəlb edildiyi, məktəb və bağça müdirlərinin əksərinin gənc olduğu diqqətə çatdırılıb. Bildirək ki, 2016-cı il Avropa Gənclər paytaxtı seçilməsilə əlaqədar Gəncədə yeni tarixi abidənin qoyulacağı gözlənilir.

Elmar Vəliyev: "Abidəyə gəlincə, Gəncə Avropa 2016 təşkilatı yaranıb. Məsələni bu təşkilat həll etməlidir. Yəni təklif verməlidir. Çünki bu, böyük bir tarixi hadisədir. Gələcəkdə layihənin gerçəkləşməsi üçün əlimizdən gələni edəcəyik. Konkret olaraq layihəni versinlər, biz məsələni həll edək".

Qoyulacaq abidəylə bağlı maraqlı təklif gözlənilir. Həmin abidə uzun illər sonra Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsini, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsini özündə əks etdirəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.