Cəmiyyət

Şəki bazarı "od tutub yanır"

21 Avqust 2014 16:46
0 Şərh     Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir neçə aydır davam edən quraqlığın mənfi təsirləri meyvə-tərəvəzdən də yan keçməyib. Bazarda əksər meyvə və tərəvəzin qiyməti qalxıb. Satıcılar isə quraqlığın davam edəcəyi bazarda qiymətlərin daha da arta biləcəyini söyləyirlər. Milli.Az xəbər verir ki, Kanal S-in əməkdaşıları Şəki bazarında vəziyyəti araşdırıblar.

Şəki bazarında qiymətlər "od tutub yanır".

Meyvə və tərəvəzlərin qiyməti 15-20 qəpik artıb. Əgər bir neçə gün öncə qarpızın kilosu 20 qəpiyə idisə, indi 30 qəpiyə, yemiş isə 60-70 qəpiyə satılır. Göy-göyərtinin də qiymətində nəzərəçarpacaq dəyişiklik var. Əvvəllər dəstəsi 20 qəpiyə olan bu məhsul indi 30 qəpiyədir. Satıcılar qiymət artımının quraqlıqla bağlı olduğunu deyirlər.

Yayda süfrədə ən çox görmək istədiyimiz pomidor, badımcan və bibər kimi tərəvəzlərin qiyməti də mövsümə uyğun deyil. Əvvəlki illərin bu mövsümündə 10-15 qəpiyə olan xiyar bu il 40 qəpikdən aşağı düşməyib.Əlbəttə ki, bu vəziyyət heç dəalıcıların ürəyincə deyil. Sakinlərin büdcəsinə tərs mütənasib olan qiymət artımı hamını çaş-baş qoyub. Bir çox müsahiblərimiz isəqiymət artımını təbii qarşıladıqlarını deyirlər. Hər halda, vəziyyət göz önündədir. Bu yay bizə düşərli olmadı desək, yanılmarıq. İlboyu yay fəslində qiymətlərin düşəcəyini və istədiyi məhsuldan bol-bol istifadə edəcəyini gözləyən insanların ümidi puça çıxdı. Avqustun sonlarıdır. Növbəti günlərdə yağışların yağacağı təqdirdə belə, vəziyyətin dəyişəcəyini gözləmək olmaz.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.