Cəmiyyət

"Sevgililər burada qeyri-etik hərəkətlər edirlər" – FOTOSESSİYA

21 Avqust 2014 19:46
1 Şərh     Baxış: 5 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Bakının Dənizkənarı bulvarı uşaqdan böyüyə əksəriyyətin istirahət üçün üz tutduğu əsas məkanlardan biridir. Yay fəslində bura gələnlərin sayı gözgörəti artır. Öz sevgilisi ilə qol-qola gəzişən gənclər bulvarın əsas sakinləridir desək yanılmarıq. Onlarla bərabər uşaqlarını gəzməyə, əylənməyə gətirən valideynlər də az deyil. Velosiped sürənləri və idman edənləridə burada görmək heç təəccüblü deyil. Buranın əsas sakinləri isə yaşlı nəslin nümayəndələridir. Onları daim Dənizkənarı bulvarda görmək olar. Yayın ən isti ayında biz də bulvara baş vurmaq qərarına gəldik. Görək burda durum necədi... 6 manata çay Səhər vaxtı olduğundan bulvar seyrinə çıxanların sayı o qədər də çox deyildi. Ara-sıra cütlüklərə, anası ilə gəzməyə çıxan uşaqlara rast gəlmək olurdu. Sözsüz ki, bulvara gələnlərin hamısı burada gəzmək və hava almaqla kifayətlənmir. Yay fəsli olduğundan havalar isti keçir. Buna görə bulvar seyrçiləri ən azı bir stəkan çay içib yanğısını söndürmək istəyir. Amma çay içmək üçün cibinə güvənməlisən. Bulvarda yalnız dəniz öulsuzdu...

Şəhərdə bir çaynik çaya 1-2 manat xərcləyirsənsə, bulvarda belə xoşbəxtliyə nail olmaq mümkün deyil. Burda ən ucuz çayın qiyməti 5-6 manat arasında dəyişir. Qiymətləri ilə maraqlandığımız bir çox kafedə eyni qiymətlərə rast gəldik. Bu qiymətə olan çay dəstinə 1 çaynik çay, limon, qənd, şokolad və ya mürəbbə daxildir. Sonunculardan birini istəyinizə uyğun olaraq seçə bilərsiz. Amma bundan da baha çay dəstgahı təklif edənlər var. Ona yuxarıda sadaladıqlarımızla bərabər müxtəlif şirniyyatlar və çərəzlər əlavə edirlər və qiymət kəllə-çarxa çıxır. Çay istəməyənlər su içə bilər Havalar isti keçdiyindən çay içmək istəməyənlər su almağa üstünlük verirlər. Suları isə bulvardakı kiçik satış köşklərindən almaq mümkündür. Onlara dəniz boyu hər addımında rast gələ bilərsiz. Bir neçə köşkdə apardığımız müşahidələr göstərdi ki, hamısında qiymətlər eynidi. Elə bil sözləşiblər...

Bu standartı yəqin ki, alqışalmaq lazımdı. Hətta köşklərin daxilində qiymət lövhələri də asılıb. Qoy alıcılar lövhəyə baxandan sonra ciblərini eşələsinlər. Qiymətlər suların növündən asılı olaraq bir neçə manata qədər dəyişir. Qazlı və qazsız sular 30 qəpik, "Fanta", "Coca-Cola", "Sprite" və digər bu sıradan olan suların yarım litri 60 qəpik, müəyyən enerji içkiləri 2manat 50 qəpik, "İce tea" kimi içkilərin qiyməti isə 1 manatdır.

Bu qiymətlər şəhərdaxili mağazalarda xeyli uczudur. Siqaretlərin də qiymətində şəhərdaxili mağazalarla müqayisədə 50 qəpiyə yaxın fərq var. Əlbəttə, qiymətlər Xəzərə yaxınlaşdıqca "yuxarı qalxıb"... Uşaqlar daha çox valideynlərdən bunları istəyir Azyaşlı övladları ilə dincəlməyə, əylənməyə gələn validenyləri cürbəcür uşaq istəkləri gözləyir. Karuselə, attraksiona minmək, dondurmanın, popkornun dadına baxmaq... Attraksion işlədənlər bizimlə söhbətində bildirdilər ki, insanlar daha çox axşam saatlarında dincəlməyə gəlir və uşaqlarıda burada əyləndirirlər. Attraksionda uşağın əylənməsi üçün 3-4 dəqiqəyə 2-3 manatdan keçməlisiniz. Dondurma, "pambıq", popkorn 1 manat, dönər 2 manat, çips və müxtəlif xırdavatlar isə 80 qəpikdən 2 manata qədər olan qiymətlər arasında dəyişir Mühafizəçiləri bezdirən cütlüklər Bulvar ərazisində insanların rahat və təhlükəsiz istirahət etməsi üçün Bulvar İdarəsinin mühafizəçiləri qısa məsafələrlə iş başındadır. Onlar təyin olunduqları yerlərdə asayişi təmin edirlər.

Bir neçəsi bizimlə söhbətində bildirdi ki, işləri ağır olsa da, öhdəsindən gəlirlər. Çünki gündə müxtəlif tipli insanlar bulvar ərazisinə gəlir. Elələri olur ki, başqa vətəndaşların da istirahətinə mane olur. Bir çox hallarda isə onların problemi sevgili cütlüklərlə yaranır: "Elə cütlüklər olur ki, vətəndaşların sıx olduğu yerdə qeyri-etik hərəkətlər edirlər. Bu isə bəzi istirahətçilərdə narazılıq yaradır. Biz də onlara müəyyən etik qaydaları izah edirik. Aralarında razılaşanlar olsa da, bəziləri müasir dövrdü deyib öz hərəkətlərinə haqq qazandırırlar". Dənizkənarı Bulvarda hansı yeniliklər olacaq? Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bizimlə söhbətində bildirdi ki, bu ərazidə qiymətləri idarə təyin etmir. 2015-ci ildə ilk Avropa Oyunları paytaxt Bakıda keçirildiyindən, dəniz qırağında müəyyən dəyişikliklər olacaq.

Hazırda bulvar ərazisi hər iki istiqamətdə genişlənir. 2015-ci il ilk Avropa Oyunlarına qədər bu işlər yekunlaşacaq və həmin yerlər insanların istifadəsinə veriləcək: "Bayraq meydanından 20-ci sahə adlanan əraziyə doğru genişlənmə işi gedir. Həmin ərazi hələlik rəsmən bulvar ərazisinə qatılmadığından orada hansı yeniliklərin olacağı barədə məlumat verə bilmərəm". Nazim Məcidov vurğuladı ki, İlk Avropa Oyunları ilə bağlı Bakıda xarici qonaqların çox olmasını nəzərə alaraq əcnəbi dildə danışan işçilərin sayı artırılacaq: "Bulvarda fəaliyyət göstərən bütün kafe və restoranlarda POS-terminalların quraşdırılması təmin ediləcək, hər kafe və restoranda, hər attraksionda xarici dil, xüsusilə də ingilis dili bilən insanlar xidmət göstərəcək. Bulvarın ərazisindəki obyektlərin hamısında "Wi-Fi" sisitemi tətbiq olunacaq. Bulvarın mühafizə xidmətinin ingilis dilini mənimsəməsi istiqamətində işlər davam etdiriləcək. "Avroviziya" mahnı müsabiqəsi ərəfəsində mühafizəçilərin təxminən 50 faizini ingilis dili kurslarına göndərdik. Onlardan əsas hissəsi bulvarda işləməkdə davam edir, çox az sayda işdən gedənlər var.

Gələn il keçiriləcək tədbiri nəzərə alıb, dil bilməyənlərin də belə kurslar keçməsini təmin edəcəyik". Nazim Məcidov qeyd etdi ki, Bulvar İdarəsində daim yeniliklər olur: "Yeni karusel və attraksionların gətirilməsi həmişə gündəmdədir. Yaxın1 il ərzində yeni karusellərin gətirilməsi gözlənilir". Sonda xatırladaq ki, hazırda Dənizkənarı Bulvarın ərazisi 6 km-dən artıqdır, bulvar hər iki istiqamətə genişləndikdən sonra ümumilikdə uzunluğu 15 km olacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.