Cəmiyyət

Xocalılıların Bakı həyatı - FOTOSESSİYA

21 Avqust 2014 15:18
0 Şərh     Baxış: 1 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müharibə zonasını xatırladan bu görüntüləri Abbas Atilay Binəqədi rayonunda vaxtı ilə Təcili Tibbi Yardım üçün tikilməyə başlamış, yarımçıq binada - Xocalıdan didərgin düşmüş məcburi köçkünlərin sığınacağında çəkib.

Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində vaxtı ilə Təcili Tibbi Yardım üçün tikilməyə başlamış, yarımçıq bina 1996-cı ildən bəri işğal altında olan Xocalıdan didərgin düşmüş məcburi köçkünlər üçün sığınacaqdır.

Burada tək Xocalıdan deyil, Ağdam və Füzuli rayonlarından da məcburi köçkünlər yaşayırlar.

Binanın 150-yə yaxın sakininin olduğu qeyd olunur.

Binadakı evləri insanlar öz imkanları daxilində tikdiyi üçün bu evlərdə yaşamaq olduqca çətindir. Binada qaz və kanalizasiya xətti yoxdur. Kanalizasiya xətti olmadığı üçün məişət tullantıları birbaşa çölə tökülür. Bu da onsuz da ağır olan vəziyyəti bir az da çətinləşdirir.

Bina uşaqlar üçün xüsusilə təhlükəlidir. Onlar bəzən belə təhlükəli yerlərdə oynayırlar. Buna görə tez-tez bədbəxt hadisələr baş verir.

Binanın içi zibilliyi xatırladır.

Binanın dam örtüyü olmadığı üçün yağan yağış birbaşa evin içinə tökülür.

"Azadlıq" radiosu

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.