Cəmiyyət

Azərbaycanda döyüşə yararlı silah-sursatlar məktəblərdən yığılır

21 Avqust 2014 14:26
0 Şərh     Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu proses daxili işlər nazirinin imzası ilə Təhsil Nazirliyinə daxil olan məktub əsasında həyata keçirilir
Azərbaycanın ümumtəhsil məktəblərindən döyüşə yararlı hesab olunan silah-sursatlar yığışdırılır.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib ki, məktəblərdə bədbəxt hadisələrin qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərdə söhbət yalnız döyüşə yararlı hesab olunan silah-sursatdan gedir.

Onun sözlərinə görə, bu tədbirlər döyüş üçün heç bir təyinatı olmayan, təlim məqsədilə istifadə olunan silah-sursata aid edilmir: "Bununla bağlı daxili işlər nazirinin imzası ilə Təhsil Nazirliyinə məktub daxil olub. Həmin məktub əsasında Təhsil şöbələrinə məktub göndərilib, onlar da məktəblərdən döyüşə yararlı silah-sursatın yığışdırılması ilə bağlı yerli qurumlara göstəriş veriblər. Yerlərdə vəziyyətə baxılır, məktəblərdə döyüşə yararlı silah-sursat varsa, rayon Polis şöbələri Təhsil şöbələri ilə birlikdə akt tərtib edir və həmin silah-sursat götürülür".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.