Cəmiyyət

Avropada ucuz ev məsələsi doğrudur?

21 Avqust 2014 13:08
0 Şərh     Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycanda mənzillərin qiymətlərinin bəzi Avropa ölkələrindəkindən baha olması barədə söz-söhbətlər sadəcə mifdir".

Milli.Az xəbər verir ki, bu sözləri "Exo" qəzetinə açıqlamasında müstəqil ekspert Rəşad Əliyev bildirib.

"Misal üçün, kimsə Türkiyənin tələbat az olan regionunda ucuz əmlak tapır, onu Bakıdakı qiymətlərlə müqayisə edir və nəticə çıxarır ki, Azərbaycanda qiymətlər bahadır. Bakıdakı qiymətləri İstanbul, Ankara və digər böyük şəhərlərlə müqayisə etsək, həmin mif dağılacaq", - o əlavə edib.

Qeyd etmək lazımdır ki, ucuz mənzil haqqında elanları tək Türkiyədə deyil, o cümlədən Avropanın mərkəzi olan Almaniyada da görmək olur. Almaniyada vəziyyətdən asılı olaraq, sahəsi 30-40 kvadrat metr olan bir otaqlı mənzilin qiyməti 25-50 min avro ola bilər. Almaniya xarici sərmayə üçün ən liberal şərtlər olan ölkələrdəndir. Bundan əlavə, Almaniyada ev alan şəxs, bu ölkədə 6 ay müddətində yaşamaq imkanı əldə edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.