Cəmiyyət

Bakıda qeyri-adi avtomobil - FOTO

21 Avqust 2014 12:15
14 Şərh     Baxış: 11 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda avtomobil satışı ilə məşğul olan internet səhifələrinin birində qiyməti 12.500 dollar olan "VAZ-2107" elanı yer alıb.

Milli.Az avtosfer.az saytına istinadən xəbər verir ki, 2011-ci il istehsalı olan və interyeri göz oxşayan avtomobil görənləri heyrətə gətirib.

Tüninq vasitəsilə ecazkar vəziyyətə gətirilən avtomobilin salonu xarici avtomobillərin salonundan seçilmir.

Bu "VAZ-2107"nin texniki hissəsində aparılan işlər də diqqət çəkir. Avtomobil zavod istehsalı olan 2107-lərdən fərqli olaraq ABS əyləc sistemi ilə təchiz olunub. Bundan əlavə, avtomobilə 3 oyun kompüteri, 4 kamera, yağış sensoru, avtomatik şüşəqaldırıcılar, bort kompüter və naviqasiya sistemi də quraşdırılıb.

Qeyd edək ki, mühərrik start-stop düyməsi ilə hərəkətə gətirilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.