Cəmiyyət

Bakı-Sumqayıt yolunda yeni keçid tikilir - FOTO

21 Avqust 2014 10:06
2 Şərh     Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində piyada keçidi olmadığı üçün piyadaların həyatı təhlükə altındadır. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Fuad İsmayılzadə adlı oxucu məlumat verib.

"Məni və bir çox digər sürücüləri maraqlandırır, Ceyranbatan qəsəbəsi ərazisində piyada keçidi olacaqmı? Çox gözəl beton yol çəkilib və sürət həddi saatda 110 kilometrdir. Ancaq birdən-birə qəsəbə ərazisinə çatanda sürət həddi 50-yə düşür. Bu yolda bədbəxt hadisələrin olmağı ehtimalı da az deyil", - o əlavə edib.

Məsələ ilə əlaqədar saytın əməkdaşı "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevlə əlaqə saxlayıb. Onun sözlərinə görə, Ceyranbatan qəsəbəsi ərazisində yerüstü piyada keçidinin tikintisi nəzərdə tutulub.

"Burada keçidin tikilməsi bizim tərəfimizdən təklif edilib. Hələ ki, bu məsələ təsdiq olunmayıb. Tikintinin müddəti, keçidlərin sayı hələ ki, bilinmir", - o qeyd edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.