Cəmiyyət

Yas mərasimlərində yenilik

20 Avqust 2014 19:04
5 Şərh     Baxış: 3 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son vaxtlar respublika ərazisində yas mərasimlərinin təmtəraqlı keçirilməsi Qafqaz Müsəlmanları İdarəsini müəyyən islahatlar aparmağa vadar edib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, idarənin veridiyi fətvaya görə, əsas dəyişiklik bu cür mərasimlərdə isti yeməklərin verilməsinin qarşısını almaqdan ibarətdir.

Bu addım həm isti havalarda isti yeməklərin tez xarab olması, həm də əhalinin həddən artıq israfçılığa yol verdiyini nəzərə alaraq atılıb. Hazırda bölgələrdə dini ocaqlarda islahatların tətbiqi ilə bağlı maarifləndirmə işləri aparılır, bir neçə gündən sonra yeni qaydaların tətbiqinə başlanacaq. Din xadimləri bu dəyişikliyin şərait qaydalarına tam uyğun olduğunu və müsbət qarşılandığını bildirirlər.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.