Cəmiyyət

Allahın halal dediyinə haram deməyək

20 Avqust 2014 22:36
2 Şərh     Baxış: 2 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Uca Allahın (c.c.) qəti bir ifadə və üslubla qadağan etdiyi işlərə haram deyilir. Haramı təyin etmə səlahiyyəti yalnız Allaha aiddir. Ondan başqa heç kimin haramı təyin etmə səlahiyyəti yoxdur. Peyğəmbərimizin (s.ə.s.) bu barədəki hədisləri isə Allahın iradəsi və hökmünü izah etməkdən ibarətdir.

Quran və Sünnə haramı müəyyənləşdirərkən təfsilat və xırdalıqdan daha çox əsas prinsip və ümumi qaydalar meydana qoymuş, bu qaydaların bütün dövrlərdə başa düşülüb tətbiq edilməsi, mümkün tərzdə təqdim edilməsini isə o dövrdə səlahiyyəti çatan və mütəxəssis olan İslam alimlərinə həvalə etmişdir.

Dinə görə, haram buyurulan bir şeyə qəsdən halal demək insanı İslam hüdudlarından kənara çıxarır. Bundan başqa bu, Allahın adından yalan uydurmaqdır. Müqəddəs kitabımızda bu mövzu ilə əlaqədar belə buyurulur:

"Diliniz yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): "Bu halaldır, o haramdır!" - deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar nicat tapmazlar!" (ən-Nəhl, 16/116).

Bundan başqa Allahın halal buyurduğu bir şeyi xoş niyyətlə olsa belə heç kimsənin haram saymağa səlahiyyəti olmamaqla yanaşı, belə bir davranış və düşüncə də dini baxımdan münasib qarşılanmamışdır. Peyğəmbərimizin yaşadığı dövrdə bəzi müsəlmanlar tərki-dünya həyatı yaşamaq istəyirdilər. Xüsusən də yemə- içmə, dincəlmə, geyinib-kecinmə, evlənmə və evlilik həyatının ehtiyaclarını yerinə yetirmə kimi məsələlərdə özlərini bunlardan məhrum edərək, bu düşüncələrini bir həyat tərzi halına gətirmək istəyiblər. Onların bu davranışları həm özlərinə, həm də ailə üzvlərinə zərər verdiyi üçün Peyğəmbərimiz (s.ə.s.) onlara xəbərdarlıq etmişdir.

Buna əsasən İslamda qəti bir dəlil ilə qadağan edilməyən və insana fayda verən hər şey halaldır. Bu prinsip heç bir sərhəd tanımadan hər cür davranışı məşru hesab etmə kimi səhv bir düşüncəyə aparıb çıxara biləcəyinə görə bəzən ehtiyatla qəbul edilmişdir. Ancaq ehtiyatlı davranmada müvazinəti qoruya bilməmək insanların lazımsız yerə dinin çərçivəsini daraltmaları ilə nəticələnmişdir. Ayədə qeyd edilən genişlik və müstəqillik isə çərçivədən kənara çıxmama, Allahın qadağanlarından uzaqlaşmama şərtinə əsaslandırılmışdır. Bununla yanaşı, bəzi haramları halal halına salıb, halalların sərhədlərinə məcburi bir surətdə daxil etməməliyik.

Halal olmaq şərtilə qazancımıza hər hansı bir məhdudiyyət qoyulmayıb. Qazancımız nə qədər olur-olsun, hər bir insanın xərcləyəcəyi miqdar məlumdur. Elə isə ruzi qorxusu ilə harama meyl etməməliyik. Bizim vəzifəmiz halal qazanc üçün çalışıb sonra da Uca Allahın bu barədə haqqımızda məsləhət gördüyü qismətə razı olmaqdır.

Şeyx Sədi "Gülüstan" əsərində bu məsələ ilə əlaqədar belə deyir:

"Əgər bəşər övladının qəlbi ruziyə olduğu qədər ruzini verənə bağlı olsaydı, səviyyəsinə görə mələkləri də keçərdi."

"Allah, sən gizli və özünü tanımayan bir nütfə halında ikən belə səni unutmamışdı. Sənə ruh, ağıl, idrak, gözəllik, söz, tədbir, fikir və zəka verdi. Çiyinlərinə iki bazu sümüyü, əllərinə on barmaq düzdü. Ay himmətsiz! İndi o Uca Allahın sənin ruzini unudacağındanmı əndişə edirsən?!

Uca Allah hər əməlimizdən xəbərdardır və bizi əməllərimizdən hesaba çəkəcəkdir. Biz bir müsəlman olaraq buna ürəkdən inanırıq. Elə isə ruzimizi haram yoldan deyil, halal yollardan qazanmağa çalışmalıyıq. Haram olan bir qazanc onu qazanan bəndə üçün ruzi sayılmasına baxmayaraq, o bəndəyə haramı qazanmağa və yeməyə Uca Allah icazə verməmişdir.
 

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.