Cəmiyyət

"Qaqa" sözü necə yaranıb? - İDDİA

20 Avqust 2014 17:25
1 Şərh     Baxış: 6 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün qarabağlılar bir-birlərinə müraciətdə "Qaqa" deyirlər

Çoxları bunun qardaş sözünün nəvaziş forması olduğunu qeyd etsə də, tarixə nəzər salsaq "Qaqa" anlayışının təsadüfi olmadığını görə bilərik.

QAQA sözü vaxtilə hər adama deyilmirmiş. Demək, QAQA sözü türk mənşəlidir və mənşəyi Şumerlərin zamanına gedib çıxır. Qədim Şumerlər QAQA kəlməsini kiak (a) - sevimli sözü kimi izah edirdilər. Türkcə qaqa - böyük qardaş deməkdir və bu söz hunlarda Aq - Kaqa, oğuzlarda Əmir QAQA adlarında əksini tapmışdır. (1)

Qaqa türk xalqlarında, oğuzlarda ALP tituluna bərabər idi və bu ad döyüşdə, savaşda böyük cəsarət göstərənlərə təqdim edilirdi. Məlumdur ki, Ağdamın qədim sakinləri QARQARlar olublar. QARQARları biz bu gün belə adlandırırq. Müasir dil üslubuna görə R hərfi bura artırılır. Lakin qədim ruin abidələrində Qarqarlar haqqında yazılan mənbədə deyilir: Qa-Qalar, R hərfi isə sonradan abidələrə əlavə edilib. Bir sözlə QAQA QARQAR sözünün qısaldılmış formasıdır.

Qədim iran dilərində qarqarları Kohe Qaṟqaṟ (Qaqa Kohe) kimi yazırlar. Qarqar sözü Qa-qa-ru < *qaqqaru < * qarqam kimi mixi yazılarda tərcümə edilir.

Müasir Gürcüstan ərazisində Qaqa qalası indi də qalıbdır. Düzdür, tarixçilər adı təhrif edirlər, guya Qaq qalasıdır-çünki qarqarların müasir gürcülərin ulu babaları olmasını qəbul etmək istəmirlər.
VIII əsr i tarixçisi Gevond Kürdən şimalda aşağıdakı Albaniya vilayətlərinin olduğunu qeyd edir:
"Xecar, Qaqa, Ostani, Marzpanyan, Qaband,Gelavu, Şake, Bies, Xeni, Kambexçan, Xozmas-hamısı Albaniya vilayətləridir" (2)
Prof. Q. Qeybullayev isə qeyd edir ki, ümumiyyətlə, İran dillərinin heç birində qaqa sözü yoxdur və əfqan dilində də bu söz türk mənşəlidir. E.ə. 520-ci ilə aid bir mənbədə Midiyada Kaki adlı şəxs qeyd olunur.

* 1. Грантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970 və Артамонов М. И. История Хазар. Л., 1962, səh 11
2. История халифов Вардапета Гевонда, писателя VIII века. Перевод К.Патканова. - Санкт-Петербург, 1862

A. Tağıyeva, AMEA-nın əməkdaşı

Lent.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.