Cəmiyyət

"Qış bulvarı" ilə bağlı yayılan xəbərlərə RƏSMİ REAKSİYA

20 Avqust 2014 16:02
0 Şərh     Baxış: 1 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BŞİH-dən "Qış bulvarı" ilə bağlı yazılanlara reaksiya verildi

"Bakının mərkəzi küçələri olan Vidadi, Rəsul Rza, Mirzə İbrahimov, Şamil Əzizbəyov plana düşməyib. Bu ərazilərdə evlərin sökülməsi nəzərdə tutulmayıb, yalan informasiyadır".

Bu sözləri "Yeni Müsavat"a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nümayəndəsi Namiq Məmmədov bildirdi. BŞİH nümayəndəsi qeyd etdi ki, Bakı meri Hacıbala Abutalıbov haqda yazılanlar yanlışdır:

"Yazılıb ki, Hacıbala müəllim bu yerləri yerlə-yeksan etdirəcək. Tamamilə yalan xəbərdir. Bu küçələr ola bilsin ki, plandadır. Ancaq onun yaxın gələcəkdə sökülməsi nəzərdə tutulmayıb".

Qeyd edək ki, qəzetimizdə "Qış bulvarının növbəti dalğası gəlir" sərlövhəli yazıda Vidadi, R.Rza küçələrinin də H.Abutalıbov tərəfindən sökdürüləcəyi qeyd olunmuşdu. Baş plana əsasən, söküntünün miqyası M.İbrahimov, M.Əliyev, Zərgərpalan küçələrinin "Qış bulvarı"na yaxın ərazisini də əhatə edəcəyi bildirilmişdi.

Ümumilikdə planda Dilarə Əliyeva, Vidadi, Bəşir Səfəroğlu, Səməd Vurğun, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, Təbriz Xəlil Rza oğlu və Mirzə İbrahimov küçələrindəki evlər olduğu qeyd edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.