Cəmiyyət

Əhaliyə isti hava ilə bağlı xəbərdarlıq

20 Avqust 2014 14:51
6 Şərh     Baxış: 8 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: "Kəskin istilərlə əlaqədar açıq hava şəraitində işlər dayandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, bu gün ölkədə havanın temperaturunun +41 dərəcə selsidən  yuxarı olduğu nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Əmək  Müfəttişliyi Xidməti tərəfindən idarə, müəssisə və təşkilatlarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə açıq hava şəraitində işlərin saat 17.00-dək dayandırılması barədə aidiyyatı işəgötürənlərə göstəriş verilib.

Dövlət   Əmək  Müfəttişliyi Xidməti bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, bütün işəgötürənlər, mülkiyyət formasından asılı olmayaraq, acıq havada və soyuducu qurğuları olmayan, örtülü yerlərdə bütün növ işləri dayandırmalı və yaxud işcilərin sərinləməsi ücün fasilələr verməlidirlər. Fasilənin sayı və müddəti  işəgötürənlə  Həmkarlar  İttifaqının  birgə qərarı əsasında müəyyən olunur. Verilmiş bütün fasilələr   iş vaxtına daxil edilir və aylıq tarıf maaşına hesablanır.

Əmək Məcəlləsindən irəli gələn müvafiq tələblərin yerinə yetirilməməsinə görə işəgötürənlər  İnzibati Xətalar Məcəlləsi (İXM) ilə məsuliyyətə cəlb edilirlər. İXM-nin 54-cü maddəsinə əsasən, işçilərin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə işəgötürənlərin 1000 manatdan 2000 manata qədər cərimə olunması nəzərdə tutulur. Dövlət Əmək  Müfəttişliyi Xidməti tərəfindən hazırda ölkəmizin bütün regionları, xüsusən aran zonaları üzrə bu sahədə vəziyyətə dövlət nəzarətini təmin etmək üçün işçi  qruplar yaradılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.