Cəmiyyət

Azərbaycanda bəylə gəlini şapalaq ayırdı

20 Avqust 2014 13:17
54 Şərh     Baxış: 15 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Masallı rayonunda bəyin kobud hərəkəti toyda gəlinsiz qalmasına gəririb çıxarıb. Rayon sakinlərinin Milli.Az-a verdikləri məlumata görə, avqustun 18-də toy günü bəy bəzənməsi üçün gəlini gözəllik solonuna gətirib. Elə orada bəylə gəlin arasında mübahisə düşüb. Əsəbləşən bəy gəlinə sillə vurub.

Bundan sonra gəlin ona ərə gəlmək istəmədiyini deyərək bəy evinə getməkdən imtina edib və salonu tərk edib. Gəlini oğlan evinə gətirə bilməyən oğlan evi toyu gəlinsiz keçirmək məcburiyyətində qalıb. Gecə saat 2-yə qədər toy olub, vur-çatlasın davam edib.

Toyun səhəri gün qızın ailəsi gələrək cehizləri geri qaytarıb.

Hadisənin təfərrüatlarını öyrənməyə çalışırıq.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.