Cəmiyyət

İstirahət etmək üçün hara yaxşıdır? - VİDEO

20 Avqust 2014 13:41
1 Şərh     Baxış: 1 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu yay respublikanın ən iri şəhərlərindən olan və mərkəzi aran bölgəsində yerləşən Mingəçevir sakinlərinin əksəriyyəti əsasən ölkə daxilində istirahət etməyə üstünlük verirlər.

Milli.Az EL TV-yə istinadən bildirir ki, şəhər sakinləri arasında apardığımız sorğu zamanı onlar bunu respublikamızda istirahət etmək üçün hər cür şəraitin olması ilə əsaslandırdılar. Mingəçevir şəhər sakini Allahverdi Məmmədov deyir ki, istirahətinin bir hissəsini Qəbələdə keçirib, qalan vaxtını isə doğma şəhərində keçirir.

Mingəçevirdə Həmkarlar İttifaqı yolu ilə istirahətə gedənlər də var. Mingəçevir Səyahətlər və Ekskursiyalar Bürosunun direktoru Adışah İsayev deyir ki, şəhərdə Həmkarlar İttifaqına üzv olanları istirahət üçün 20-dən artıq marşrut üzrə respublikanın müxtəlif yerlərinə yollayırlar. Onun sözlərinə görə, təkcə bir həftə ərzində 60 nəfər bu qaydada istirahətə yola salınıb. Qeyd edək ki, Kür çayının sağ və sol sahilini əhatə edən Mingəçevir şəhəri də iqlimi və coğrafi mövqeyi ilə ilin bütün fəsillərində turizm üçün çox əlverişlidir. Təsadüfi deyil ki, buraya il ərzində 800 nəfərə yaxın əcnəbi turist gəlir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.