Cəmiyyət

Bakıda McDonalds-da biabırçılıq - FOTO

20 Avqust 2014 02:00
24 Şərh     Baxış: 46 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının məşhur fast-fud restoranında çörək kiflənərək xarab olub

Bakı sakini yemək yemək üçün məşhur fast-fud restoranı olan McDonalds-a getməyinə peşman olub. Belə ki, gecə vaxtı restorana gələn sakin aldığı "roll"un kifləndiyini görüb.

Qidanın şəkillərini çəkərək Milli.Az-a ünvanlayan şikayətçi məsələnin araşdırılmasını istəyib.

Məsələyə McDonalds-ın Bakı filialı aydınlıq gətirib. Restoranın əməkdaşı olan Anar Osmanov Milli.Az-a açıqlamasında bu məqamla bağlı heç bir şikayət daxil olmadığını bildirdi. "McDonalds bütün malları, istər ölkədaxili hazır olan, istərsə də xaricdən gələn malları yoxlayaraq müştərilərə təqdim edir.

Bir neçə saat bundan öncə şəxsən özüm bütün heyətlə anbarlar və restoranlarda gigiyenik cəhətdən yoxlanış keçirtdik. Həmin "roll"arda belə kif deyilən bir şey aşkarlanmadı.

Biz həmişə çalışıb öz müştərilərimizə ən yaxşı məhsullarımızı təqdim etmişik. Əgər bu cür problemlə rastlaşsaydılar, dərhal bizə xəbər verərdirlər", - Anar Osmanov deyib.

Ceyhun Ələkbərov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.