Cəmiyyət

Həftənin ilk iş günü hava necə olacaq?

17 Avqust 2014 14:08
4 Şərh     Baxış: 4 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Həftənin ilk iş günü Azərbaycanda hava, əsasən, yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, avqustun 18-də Bakıda və Abşeron yarımadasında, əsasən, yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Gündüz saniyədə 5-10 metr sürətlə cənub-şərq küləyi əsəcək, arabir küləyin sürəti saniyədə 14 metrə çatacaq.

Abşeron yarımadasında temperaturun gecə 23-27 dərəcə isti, gündüz 34-38 dərəcə isti, Bakıda gecə 25-26 dərəcə isti, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27 dərəcə, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28 dərəcə, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava şəraiti yağmursuz keçəcək, 5-10 metr sürətlə şərq küləyi əsəcək.

Temperaturun gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında avqustun 18-də havanın, əsasən, yağmursuz keçəcəyi, 5-10 metr sürətlə şərq küləyi əsəcəyi gözlənilir.

Temperaturun gecə 20-25 dərəcə, gündüz 35-40 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.