Cəmiyyət

Bu günün hava proqnozu

17 Avqust 2014 00:05
0 Şərh     Baxış: 4 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Temperatur gecə 23-27°, gündüz 34-38° isti olacaq.
Bakıda gecə 25-27°, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85 faiz , gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28°, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 20-25°, gündüz 35-40°, bəzi yerlərdə 43° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 12-17°, gündüz 25-30° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.
Temperaturun gecə 20-24°, gündüz 34-39° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 18-23°, gündüz 31-36°, bəzi yerlərdə 38° isti olacaq.

Mərkəzi Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcək.
Temperaturun gecə 21-26°, gündüz 35-40°, bəzi yerlərdə 43° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək.
Temperatur gecə 21-24°, gündüz 33-38°, dağlarda gecə 15-20°, gündüz 26-31° isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.