Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu santyabrın əvvəlindən "İlboyu bilik" şüarı ilə start götürəcək "Qardaşlaşmış məktəblər" layihəsinə başlayacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, layihə ilk mərhələdə 15 sentyabr - Bilik gününə qədər Azərbaycanın 20 rayonundakı orta ümumtəhsil məktəblərini əhatə edəcək.
Geniş şagird kütləsini əhatə edə biləcək, məktəblilərin fəal və yaradıcı şəxs kimi inkişafını nəzərdə tutan "Qardaşlaşmış məktəblər" layihəsinin əsas məqsədi respublikanın orta ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə və gənclərin biliyə marağının artırılması, Azərbaycan tarixinin və mədəniyyətinin, eləcə də vətənpərvərlik ruhunun təbliğidir. Layihənin vəzifələri müxtəlif bölgələrdən olan məktəblilər arasında "bilik körpüsü"nün yaradılması, onların bir-birinə yaxınlaşdırılması, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi və dünyagörüşlərinin genişləndirilməsi, istedadlı gənclərin aşkarlanması, həmçinin fəallarla yanaşı, passiv şagirdlərin də layihəyə cəlb olunmasıdır. Layihədən gələcəkdə respublikanın bütün bölgələrində təhsil alan orta məktəb şagirdlərinin faydalanması nəzərdə tutulur.
Respublikanın 10 rayonunda yerləşən 10 məktəbə ölkənin 10 digər bölgəsindəki 10 məktəbdən şagirdlər dəvət olunacaq, onlar bir-biri ilə tanış olacaq, birgə tədbirlər keçirəcəklər. Bütün məktəblərdə eyni saatda məktəb və rayon rəsmilərinin iştirakı ilə gələcək əməkdaşlığın əsasını qoyacaq "Qardaşlaşma haqqında Saziş" imzalanacaq. Sənədə əsasən, qardaşlaşmış məktəblərin birgə konfranslar, "dəyirmi masa"lar, sərgilər, konsertlər, muzey və tarixi yerlərə ekskursiyalar, hər iki rayon rəsmiləri, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.
Layihə çərçivəsində məktəblilərin mədəni-tarixi yerlərə ekskursiyası təşkil olunacaq. "Qardaşlaşmış məktəblər" layihəsi xüsusilə etnik müxtəlifliyi ilə seçilən regionlarda şagirdlər arasında bütün xalqlara, fərqli mədəniyyətlərə hörmət və dözümlülük aşılayacaq, azərbaycançılıq məfkurəsinin dərin kök salmasına xidmət edəcək. Şagirdlərin cəbhə bölgələrinə yaxın rayonlarda yerli əhali və ya mümkün olduqda əsgərlərimizlə görüşü isə onlarda vətənpərvərlik hisslərinin formalaşmasına təkan verəcək.
Layihədə yalnız məktəblilərin deyil, eyni zamanda, tələbələrin də könüllü qismində iştirakı nəzərdə tutulur.
"Qardaşlaşmış məktəblər" layihəsi sentyabrın 15-də Bilik günü münasibəti ilə respublikanın bütün rayonlarında keçiriləcək "İlk dərs"lə davam edəcək. Bilik Fondunun layihəsinə əsasən, Azərbaycanın istedadlı alim və pedaqoqları yeni tədris ilinin ilk günü məktəblilər qarşısında dövlətçiliyimiz, azərbaycançılıq və vətənpərvərlik mövzusunda məruzə edəcəklər.
Tədris ilinin ikinci yarısında layihənin davamı olaraq qarşı tərəfin ev sahibliyi edəcəyi nəzərdə tutulur. Növbəti tədris ilində Bilik Fondu "Qardaşlaşmış məktəblər" layihəsini digər regionlarda da davam etdirəcək.
Xatırladaq ki, Bilik Fondunun "Dini abidələrdə tarixin izləri" adlı ilk layihəsi üzrə işlər davam etdirilir. Layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, eləcə də Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri aparılacaq.
Milli.Az
Cəmiyyət
Azərbaycanda məktəblər üçün yeni layihəyə başlanılacaq
13 Avqust 2014 13:55
Baxış: 1 879
DİGƏR XƏBƏRLƏR
- Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı - İstintaq yeniləndi
- Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
- Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
- Azərbaycanda 45 yaşlı kişi 23 yaşlı qızı qaçırdı - FOTO
- Azərbaycanda şirkət 20 min, vəzifəli şəxs 3 500 manat cərimələndi
- Yunus Oğuzun "Cığır"ı Qəbələdə - FOTO
XƏBƏR LENTİ
- Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı - İstintaq yeniləndi
- Snayperlərimiz hədəfə düşməyiblər
- “Space” TV-yə məhkəmədə qalib gələn Zamirə kanalın rəsmi əməkdaşı oldu – FOTO
- Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - FOTOlar
- Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
- Şəkidə itkin düşən qadının çaydan meyiti tapıldı - FOTO
- Prezident Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
- Mahir Emreli “Dinamo”dan gedir
- Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən GÖRÜNTÜLƏR
- "Utanmırsan, yalandan danışırsan?" - VİDEO
- Bojoviç: “Bizdə hamı xəbərlərin əvəzinə onun oyunlarına baxır”
- Prezident: Quru sərhədlərinin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
- ABŞ vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlanıb
- Məktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi
- İlham Əliyev: Biz qonşularla yaxşı münasibətlər qura bilmişik
- “Məşqlər, oyunlar zamanı oğluma o baxır” - VİDEO
- Çayın xərçəngə səbəb olduğu sübut olundu
- Bu rayonlara dolu düşdü - FAKTİKİ HAVA
- Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
- Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov
- Prezident: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur
- Fərəc Qarayevin 80 illik yubileyinə həsr olunan konsert keçirilib - FOTO
- Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik
- İki həftədə bir dəfə pəhrizi pozmaq olar - Zərərsizdir