Cəmiyyət

Bakıda yağış yağacaq

13 Avqust 2014 12:44
11 Şərh     Baxış: 9 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında əsən külək tədricən mülayimləsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında avqustun 14-ə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Avqsutun 13-dən 14-ə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-27, gündüz 30-34 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.