Cəmiyyət

Azərbaycanda yeni qəbul olunan tələbələrə xoş xəbər

12 Avqust 2014 13:14
0 Şərh     Baxış: 1 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dillər Universitetində 2014-2015-ci tədris ilində növbəti innovativ tətbiqin həyata keçirilməsi nəzərdə tutulur

Universitetdən Trend-ə verilən məlumata görə, həmin universitetə yeni daxil olmuş tələbələr üçün kartlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən hazırlanacaq.

Bu məqsədlə ADU və Dövlət Agentliyi arasında 21 fevral 2014-cü il tarixində imzalanmış Niyyət protokoluna əsasən mütəmadi tədbirlər görülür. Dövlət Agentliyi tərəfindən hazırlanacaq tələbə kartları çoxfunksionallığı ilə seçiləcək. Həmin kartlara ilk növbədə çip və barkod yerləşdiriləcəkdir ki, bu, tələbənin universitetə giriş və çıxış saatları, universitetdə qalma müddətini təyin etməyə imkan verəcək. Yeni tələbə kartları vasitəsi ilə təqaüdlərin əldə olunması, tələbə yeməkxanalarında yerləşdiriləcək xüsusi aparatlarda ödənişlərin edilməsi rahatlığı, eyni zamanda, müasir imkanlardan istifadə edilməklə innovativ həlləri təmin edəcək.

Universitet daxilində və xaricində tələbələr kartların köməkliyi ilə kitabxanalardan endirimli şəkildə yararlana biləcəklər. Gələcəkdə bu sistemin nəqliyyatın intellektual idarəetmə mərkəzinə qoşulması təmin edildikdən sonra tələbələrin bu kartlardan nəqliyyatda da istifadəsi mümkün olacaq. Tələbələr bu kartları yeni dərs ilinin əvvəlindən ödənişsiz əldə edə biləcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.