Cəmiyyət

Mikayıl Cabbarov əmr imzaladı

11 Avqust 2014 18:00
Baxış: 2 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2013-2014-cü dərs ilində Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, təhsil naziri Mikayıl Cabbarov "Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında" əmr imzalayıb.

Məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası" əsasında həyata keçirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.