Cəmiyyət

Rezidenturaya qəbul olanların qeydiyyatına başlanılıb

11 Avqust 2014 17:11
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda bu gündən rezidenturaya qəbul olunmuş şəxslərin qeydiyyatına başlanılıb.

Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən məlumat verir ki, 2014/2015-ci tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslərin avqustun 15-dək Səhiyyə Nazirliyinə tələb oluna sənədləri təqdim etməklə qeydiyyatdan keçmələri mütləqdir.

Qeyd edək ki, rezidenturaya iki mərhələ üzrə keçirilən qəbul imtahanlarında iştirak edən 814 namizəddən 577 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 160 nəfərini oğlanlar, 417 nəfərini qızlar təşkil edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.