Cəmiyyət

Bu günün hava proqnozu

12 Avqust 2014 00:05
0 Şərh     Baxış: 2 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Havanın temperaturunun gecə 23-27° isti, gündüz 32-36° isti, Bakıda gecə 25-27° isti, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26° isti, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 34-39° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun gecə 12-17° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun gecə 19-24° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Xəbərdarlıq

Avqustun 14-ü axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin arabir güclənəcəyi, 15-20 m/s, ani maksimal sürətinin isə arabir 25-28 m/s-yə çatacağı gözlənilir. Avqustun 13-ü gecəyə doğru və 14-də şimşək çaxacağı, bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoz

Yaxın iki gün ərzində Abşeron yarımadasında davam edən isti diskomfort temperatur rejiminə baxmayaraq küləkli hava şəraiti müsbət amildir. Eyni zamanda avqustun 13-ü axşamdan 14-ü axşamadək atmosfer təzyiqinin iqlim normasına yaxınlaşması, 14-də temperaturun ötən günlərlə müqayisədə 3-4° aşağı enməsi meteohəssas insanlar üçün əlverişlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.