Cəmiyyət

"Elm haqqında" qanun layihəsinə yeni təkliflər daxil edildi

9 Avqust 2014 13:44
Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AMEA-nın gənc alimlərlə bağlı fəaliyyətini tənzimləyən sənədlər yenidən işlənib hazırlanacaq

Azərbaycan Milli Məclisində hazırlanan "Elm haqqında" qanuna yeni təkliflər daxil edilib. Parlamentdən APA-ya verilən məlumata görə, qanun layihəsinə edilən təkliflər əsasən gənc alimlər ilə bağlıdır.

Layihəyə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gənc alimlərlə bağlı fəaliyyətini tənzimləyən sənədlər yenidən işlənib hazırlanacaq. Bundan başqa, layihəyə əsasən AMEA-da aparılan elmi tədqiqatların hamısı hüquqi əsası olan sahələr üzrə aparılacaq. Gənc alimlərin sosial imkanlarının, elmi fəaliyyətinin asanlaşdırılması üçün yeni proqramların tətbiqi də qanuna edilən təkliflər arasındadır.

Qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.