Cəmiyyət

Azərbaycanda tələbələrin bir hissəsi ali məktəblərdən qovulacaq?

8 Avqust 2014 13:20
0 Şərh     Baxış: 1 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Aşağı bal toplayan abituriyentlər ali məktəblərdən xaric olunmalıdır"

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, 150 bal toplayan abituriyentlər bu gün müəyyən ixtisasa yiyələnir: "Lakin onlar həmin ballarla burada yox, xaricdə təhsil alırlar. Təbii ki, bu da xoşagəlməz haldır. Zəiflik var".

M. Abbaszadənin sözlərinə görə, elə abituriyentlər var ki, 600 baldan çox nəticə göstərib, lakin heç bir yerə ərizə verməyib: "Yəqin ki, onlar xaricə üz tutacaq".

Komissiya sədri xatırladıb ki, 500 baldan çox bal toplayan və müəllimlik peşəsini seçən abituriyentlərə təqaüd veriləcək: "Biz həmin siyahını Təhsil Nazirliyinə təqdim edəcəyik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.