Cəmiyyət

Tələbələr təhsil haqqını nə vaxt ödəməlidirlər?

8 Avqust 2014 11:13
0 Şərh     Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ali məktəblərə qəbul olanların adları artıq açıqlanıb. Nəticəyə görə, ixtisas seçimində iştirak etmiş 35995 abituriyentdən 33623 nəfəri ali təhsil müəssisələrinə qəbul olub. Ödənişli əsaslarla qəbul olmuş abituriyentlər qeydiyyatdan keçərkən təhsil haqqını da ödəməlidirlər.

Modern.az bəzi ali təhsil müəssisələri arasında təhsil haqqını necə tələb etməkləri ilə bağlı sorğu keçirib.

Azərbaycan Dövlət Neft Akademiyası: "Ödənişli əsaslarla qəbul olan tələbələr qeydiyyatdan keçərkən birinci il tam ödəniş etməlidirlər. Növbəti illərdə hissə-hissə də ödəniş edə bilərlər".

Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova: "Bizdə tələbə qeydiyyatdan keçərkən birinci il ondan ödənişi tam ödəmək tələb olunur. Ancaq tələbə növbəti illərdə hissə-hissə ödəniş edə bilər".

Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Ceyhun Vəliyev: "Universitetimizə ödənişli əsaslarla daxil olmuş tələbəyə qeydiyyatdan keçərkən təhsil haqqının əlli faizini ödəmək, 50 faizini isə ikinci semestrdə ödəmək imkanı verilir. Bu sistem növbəti illərə də şamil edilir".

Bakı Slavyan Universiteti: "Yeni qəbul olanlar qeydiyyatdan keçərkən ödənişi tam ödəməlidirlər. Həmin məbləğ növbəti illərdə yarıbayarı ödənilə bilər".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov: "Pedaqoji Universitetə ödənişli əsaslarla qəbul olan tələbələr birinci il təhsil haqqını tam ödəyirlər. Sonrakı illərdə isə onların təhsil haqqını hissə-hissə ödəməsinə imkan yaradılır".

Azərbaycan Dövlət İqtisad Universiteti: "Tələbələr birinci il təhsil haqqını tam ödəməlidirlər. Sonrakı illərdə isə hissə-hissə ödəyə bilərlər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.