Cəmiyyət

Sinoptiklərdən xəbərdarlıq

7 Avqust 2014 13:33
4 Şərh     Baxış: 5 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çimərliyə gedərkən ehtiyatlı olun: Bakı küləkli olacaq

Azərbaycanda küləkli hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, avqustun 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi arabir güclənəcək.

Hava küləkli olduğundan Bakı çimərliklərində ehtiyatlı olmaq tövsiyə edilir.

Həftənin sonuna kimi Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti isti diskomfort temperatur fonunda müsbət amildir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 22-27, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.