Cəmiyyət

Valideynlər məktəbli formaları almağa başlayıblar - VİDEO

7 Avqust 2014 11:14
0 Şərh     Baxış: 1 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dərs ilinin başlamasına xeyli vaxt qalsa da valideynlərin çoxu öz övladları üçün artıq məktəbli formaları almağa başlayıb.

ANS TV-nin məlumatına görə, Bakı Tikiş Evində 1-ci sinifdən 11-ci sinifə qədər bütün ölçüdə olan paltarlara rast gəlmək mümkündür. Öz övladları üçün məktəbli forması almağa gələn valideynlərin də ardı-arası kəsilmir. Onlar aldıqları malın keyfiyyətindən məmnun görünürdülər.

Valideyn Nərgiz Muradova deyir ki, "Paltar almışam, yaxşıdır. İki uşağım var, həmişə buradan alıram, hər ikisinə almışam".

Bakı Tikiş Evinin direktoru Etibar Əzimov bildirdi: "Məktəbli formalarının parçaları Türkiyədən gətirilir və standartlara tam cavab verir. Qiymətlərə gəlincə isə 4 predmetdən ibarət olan kostyum 1-6-ci siniflər üçün 40 AZN, yuxarı siniflər üçün isə 52 AZN-dir. Amma ürəyi istəyən hər bir predmeti ayrı-ayrılıqda da ala bilər".

Etibar Əzimov dedi ki, "Aşağı siniflər üçün köynək və jilet 5 AZN-ə olur, amma pencək və şalvar isə 30 AZN-ə olur. Böyük siniflərə gəldikdə isə şalvar və pencək 40 AZN-ə başa gəlir. Jilet 5 AZN-ə, köynək isə 7 AZN-ə satılır".

Etibar Əzimov onu da əlavə etdi ki, "Anbarlarda istənilən qədər məktəbli forması var. Odur ki, əgər siz də övladınıza məktəbli forması almaq istəyirsinizsə, o zaman sentyabr ayını gözləmədən günü bu gündən hərəkətə keçin. Bakı Tikiş Evinə gedin, növbə gözləmədən övladınızı sevindirin".

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.