Cəmiyyət

Azərbaycanda temperatur 39 dərəcəyə çatacaq

2 Avqust 2014 13:29
0 Şərh     Baxış: 3 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 39 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əksər rayonlarda, əsasən, yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.