Cəmiyyət

Daha 3 şəhidimiz torpağa tapşırıldı - YENİLƏNİB - FOTO

1 Avqust 2014 20:49
4 Şərh     Baxış: 4 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:49

Dünən ermənilərin Ağdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olan hərbçilərdən biri İbrahimov Elnur Məhyəddin oğlu dəfn edilib.


APA-nın verdiyi məlumata görə, şəhid Elnur İbrahimov anadan olduğu Vladimirovka kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə mərhum hərbçinin xidmət etdiyi hərbi hissənin rəhbərliyi, Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağdam istiqamətində şəhid olan hərbçilərdən biri, 19 yaşlı Səftər Əlihüseyn oğlu Məmmədov Salyan rayonunda torpağa tapşırılıb.
 

APA-nın bölgə müxbirinin məlumatına görə, şəhid doğulduğu Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunub.

Səftər Məmmədov ailənin yeganə oğlu, 3 bacının kiçik qardaşı olub.

Allah rəhmət eləsin!


---------
20:42

Azərbaycan Ordusunun ötən gün cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli Fətulla oğlu Rəhimovun cənazəsi bu gün doğulduğu Masallı rayonuna gətirilib.

APA-nın məlumatına görə, əsgərin nəşi doğma kəndləri olan Köçəkli kənd qəbirsanlığında torpağa tapşırılıb. Dəfn mərasimində kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Masallı Rayon İcra hakimiyyətinin və yerli hüquq mühafizə orqanı nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Əli Rəhimov bir il öncə hərbi xidmətə çağırılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Foto: CTV

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.