Cəmiyyət

"Dilə gərək qulluq edəsən. Seçəsən, təmizləyəsən"

1 Avqust 2014 19:04
0 Şərh     Baxış: 1 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Artıq 13 ildir ki, ümummilli lider Heydər Əliyevin imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Şübhəsiz ki, ana dilini sevmək, onu inkişaf etdirmək hər bir Azərbaycan vətəndaşının borcudur.

Zaman-zaman müxtəlif imperiyaların əsarəti altına düşsə də, Azərbaycan xalqı heç vaxt dilindən imtina etməyib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, keçirdiyi 23 illik müstəqillik yolunda da ölkədə dilin inkişafı, onun təkmilləşməsi və təbliği üçün xeyli sayda işlər görülüb. Lakin diqqət etsək, görərik ki, hələ də ana dilimiz öz şəffaflığına qayıda bilməyib. Hələ də məişət dilində çox sayda xarici sözlər istifadə olunur. Hətta bu sözlər dilimizə o qədər hopub ki, bəzən onların digər bir dilin hissəsi olduğu da unudulur.

Xəlil Əliyev
, GDU-nun Azərbaycan dili kafedrasının dosenti: "Bunun hamısı ərazimizin işğalı ilə bağlıdır. Ərəblər işğal etdi, öz dilini gətirdi. Çar Rusiyası işğal elədi rus-tatar məktəbi, Qori seminariyasını açdı, kadr yetişdirdi, gəldilər rus dilini təbliğ etdilər, dilimizi korladılar. Dil xalqın milli sərvətidir".

Müsahibimiz qeyd edir ki, dilimizə hopan bu sözlərdən yaxa qurtarmaq üçün gələcək nəsillərə Azərbaycan dilinin mənşəyi və kökü düzgün və aydın şəkildə öyrədilməlidir.

Xəlil Əliyev: "Dilə qayğı ordan başlayır. Ağaca qulluq eləməsən, o böyüməz. Dilə də gərək qulluq edəsən. Seçəsən, təmizləyəsən, artıq budaqlarını kəsəsən, alaq otlarını təmizləyəsən. Bunlar da bizim alaq otlarımızdı. Gəlib düşüblər dilimizə. Təmizləmək lazımdır ki, camaat da ondan istifadə eləsin".

Ana dilimizi qorumaq, onu inkişaf etdirmək, saf şəkildə gələcək nəsillərə çatdırmaq hər bir Azərbaycan vətəndaşının öhdəliyindədir. Buna görə də dilə hörmət və qayğı bağça və məktəbdən əvvəl ailədən başlamalıdır. Ən azından düzgün və səlist ana dilində danışmağı bacarmaq hər bir azərbaycanlının borcudur.

Ana dilimizi qoruyaq. Unutmayaq ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.