Cəmiyyət

Mədət Quliyev daha bir rəisi işdən uzaqlaşdırdı

1 Avqust 2014 17:56
0 Şərh     Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədliyyə Nazirliyi Penitensiar xidmətdə yeni təyinat olub

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı Rasim Bayramov başqa işə keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Həmin vəzifənin müvəqqəti icrası ədliyyə polkovnik-leytenantı Mahir Əliyevə həvalə edilib.

Qeyd edək ki, M. Əliyev 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini vəzifəsində çalışırdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.