Cəmiyyət

İki gözləyirdilər üç oldu

1 Avqust 2014 18:22
3 Şərh     Baxış: 2 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üçəmlər gəlişləri ilə başda ailə olmaqla hər kəsin sevincinə səbəb olub.
 

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, ailə paytaxtda yaşasa da, doğum üçün onlar Ağsu rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsinə müraciət ediblər. Doğuşa 15 gün qalmış həkim yoxlanışından keçən ananın çox döllü olduğu müəyyən edilib. Ailə iki övlad gözlədiyi bir vaxtda onlara üçəm xəbəri verilib.

Hər üç uşaq səhər saatlarında dünyaya gəlib. 10 dəqiqə ara ilə normal doğuş keçirən ananın və övladların vəziyyəti yaxşıdı. Ailənin ilk körpələri olan üçəmlər 2 gün sonra evə yol salınacaq. Körpələr bütün tibbi müayinədən keçib və onlar ev şəraitində həftədə bir dəfə həkim tərəfindən yoxlanılaraq nəzarətdə saxlanılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.