Cəmiyyət

Yunusov cütlüyünün işini siyasiləşdirməyə ehtiyac yoxdur

1 Avqust 2014 17:23
Baxış: 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bu gün Azərbaycanda və Qərbdə bəzi təşkilatlar Yunusovlar cütlüyünün işini siyasiləşdirməyə çalışırlar".

Milli.Az xəbər verir ki, bu sözləri Day.Az-a açıqlamasında Azərbaycan Proqressiv Sosialist Partiyasının sədri Rüstəm Şahsuvarov Leyla Yunusun həbsinə münasibət bildirərkən deyib.

Partiya sədri qeyd edib ki, Leyla Yunusovanı Azərbaycan Cinayət Məcəlləsinin dörd maddəsinə əsasən, həbs ediblər. Bunlar vətənə xəyanət, dələduzluq, qeyri-qanuni sahibkarlıq və vergidən yayınmaqdır. Vətənə xəyanət və dələduzluq ittihamları onun həyat yoldaşı Arif Yunusova qarşı da irəli sürülüb.

"Mən hesab edirəm ki, hüquq-mühafizə orqanlarında belə ittihamlar üçün əsas var", - o vurğulayıb.

"Mən düşünürəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları, milli təhlükəsizlik orqanları və Baş Prokurorluq öz işlərini bilən qurumlardır, bu strukturlarda peşəkar, təcrübəli, bilikli adamlar oturur və onlar heç bir səs-küyə məhəl qoymadan hərəkət etməlidirlər. Bu səs-küy isə Leyla Yunusovanın qərbli sponsorları, himayədarları və Azərbaycana qarşı işləyən qondarma hüquq müdafiəsi təşkilatları tərəfindən yaradılır. Bu adamlar Azərbaycan üçün yaxşı bir şey arzulamırlar və heç vaxt da yaxşı bir şey etməyiblər", - o əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.