"Yaxın gələcəkdə Bakı metrosunun "28 may" stansiyasında "Yaşıl xətt"lə "Qırmızı xətt"in bir-birindən ayrılması prosesi həyata keçiriləcək. Bundan sonra qatarlar hər iki xətt üzrə bir-birindən ayrı şəkildə, müstəqil hərəkət edəcəklər".
Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Şöbə rəisinin sözlərinə görə, 2030-cu ilədək Bakı Metropolitenində stansiyaların sayı 76-dək artırılacaq: "Hazırda metroda 23 stansiya var. Yəni hələ 53 stansiya da tikilib istifadə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarət olacaq. Bunlar "Yaşıl", "Qırmızı", "Sarı", "Bənövşəyi" və "Mavi" xətlərdir. Bütün stansiyaların tikintisi 2030-cu ilədək başa çatmalıdır".
Onun sözlərinə görə, "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq çəkiləcək yeni inşa edilən xətlərin hər birində qatarların hərəkət istiqaməti ayrı olacaq, onlar hazırda "28 may" stansiyasında olduğu kimi bir-biri ilə kəsişməyəcək: "Hazırda "Yaşıl xətt" "Xətai" stansiyasından başlayaraq "Dərnəgül" stansiyasınadək davam edir. Bu iki xətt bir-birindən ayrılandan sonra kimsə "Dərnəgül"də oturub birbaşa "Gəncliyə" gedə bilməyəcək. O, mütləq "28 may" stansiyasından "Cəfər Cabbarlı"ya keçid edib digər qatara minib getməlidir. Yəni "Dərnəgül"də minən şəxs heç bir stansiyada keçid etmədən yalnız "Xətai"dək gedə bilər".
N.Paşayev qeyd edib ki, "Yaşıl xətt" üzrə yeni stansiyalar inşa edilir. Hazırda "Həzi Aslanov-2" stansiyası tikilir. Artıq orada işlərin müəyyən hissəsi görülüb: "Xətai" stansiyasından sonra "Ağ şəhər"də, indiki Neft Emalı Zavodunun qarşısında yeni stansiya tikiləcək. Ümumilikdə, Nobel prospekti boyunca "Xətai"dən sonra 3 stansiyamız olacaq. Gələcəkdə isə "Həzi Aslanov-2"-dən sonra birbaşa yenidən "Dərnəgül"ə qədər stansiyalar tikiləcək və "Yaşıl xətt" dairəvi olacaq. Yəni qatara "Dərnəgül"də minib dövrə vurub yenidən "Dərnəgül"də dayanmaq mümkün olacaq. Ümumilikdə, "Yaşıl xətt" boyu 10 keçid stansiyası olacaq".
O, həmçinin bildirib ki, hazırda metronun "Qırmızı xətt"i "Həzi Aslanov" stansiyasından başlayır və "İçərişəhər"də bitir. Lakin "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə əsasən, "Qırmızı xətt" Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinə qədər uzanacaq. Yəni gələcəkdə "İçərişəhər"dən sonra Badamdara qədər 4 stansiya inşa ediləcək.
"Bənövşəyi xətt"də də hazırda tikinti işləri gedir. "Bənövşəyi xətt" üzrə tikilən yeni "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında tikinti işlərinin əsas hissəsi başa çatıb. Daha sonra gələcəkdə bu xəttin də davamı olaraq paytaxtın "Papanin" adlanan ərazisində şərti adı B-3, (B - yəni bənövşəyi) olan yeni stansiya, daha sonra Heydər Əliyev adına İdman və Konsert Kompleksinin arxasında, Tbilisi prospektinə paralel B-4 stansiyası tikiləcək. Hazırda bu stansiyalarda da tikinti işləri gedir. "Bənövşəyi xətt" üzrə ümumilikdə 12 stansiya və bir depo olacaq. "Bənövşəyi xətt" Beynəlxalq Avtovağzalın yanından başlayaraq "Xətai" stansiyası və Keşlə qəsəbəsindən keçməklə Qaraçuxur qəsəbəsinədək uzanacaq.
"Mavi xətt" isə Yeni Yasamaldan başlayaraq Keşlə qəsəbəsindən keçməklə Bakıxanov qəsəbəsinədək davam edəcək. Bu xətt üzrə 11 stansiya və bir depo olacaq.
Beşinci, "Sarı xətt" isə Binəqədi qəsəbəsindən başlayaraq Bibiheybət qəsəbəsinədək uzanacaq. Binəqədi ərazisindən başlayıb Şıx çimərliyinə kimi uzanacaq yeni "Sarı xətt"in üzərində bir neçə stansiyanın tikilməsi planlaşdırılır. Şərti adı "Bibiheybət" olan stansiyanın da həmin xəttin üzərində tikilməsi nəzərdə tutulur.
N.Paşayev yeni stansiyalarda qatarlarda vaqonların sayı və orada kondisioner sisteminin olub-olmaması məsələsinə də aydınlıq gətirib: "Yəni xətlərdəki qatarlarda 7 vaqon hərəkət edə biləcək. Lakin ilkin mərhələdə qatarlara 5 vaqon qoşulacaq və məhz yeni xətlərdə vaqonlarda kondisioner sistemi olacaq. Köhnə tunellər isə əsasən Sovet dövründə köhnə sistemlə inşa edildiyindən burada kondisioner sisteminin tətbiq edilməsi təhülkəsizlik baxımından hələlik məqsədəuyğun hesab edilmir".
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC ilə Fransanın "Alstom Transport SA" şirkəti arasında imzalanmiş memoranduma əsasən, Bakı Metropoliteninin istər yeni inşa olunan "Bənövşəyi", istərsə də köhnə ("Yaşıl" və "Qırmızı") xətlərində istifadə edilməsi üçün yeni, müasir tipli vaqonların alınması planlaşdırılır.
Milli.Az
Böyütmək üçün şəkilə klikləyin.
DİGƏR XƏBƏRLƏR
- ARDNŞ-də ağlaya-ağlaya təqaüdə çıxırlar - Deputat
- Xaçmaz sakininin mədəsindən çəngəl çıxdı
- Daha bir qanunsuz tikili söküldü - VİDEO
- “Prius”lar bir gecədə kəskin ucuzlaşdı - Yeni qiymət - FOTO
- Ər və arvada verilmiş hədiyyələr boşanma zamanı geri alına bilərmi? - VİDEO
- Günün qoroskopu: Təxəyyül və gümanlara bel bağlamayın
XƏBƏR LENTİ
- Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olundu - FOTO
- Şəmkirdə avtomobil qəzası, 3 nəfər yaralandı
- “Crocus”dakı faciə ilə bağlı daha bir nəfər tutuldu
- "Musa mənsiz 1 ilə ölər, onun oksigeniyəm" - VİDEO
- Dani Alves yenidən məhkəməyə verildi - SƏBƏB - VİDEO
- “Üzümdə estetik müdaxilə olsa ...”
- Səmadakı sirli obyekt görənləri heyrətləndirdi - VİDEO
- “Qarabağ” “Zenit”i keçir
- Bu çalaya rast gəlsəniz, dərhal xəbər verin
- “Arif Babayev elçiliyimdə “hə”mi verib” - FOTOlar
- Rusiya XİN-dən İrəvana "qulaqburma"
- “Neftçi” “Qəbələ”yə qalib gəldi
- Dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşdü
- Britaniya yüz illik hərbi qadağanı ləğv etdi
- Bürcləri necə aşiq etmək olar? Bunları bilməlisiniz
- Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır
- Rumen Radev İlham Əliyevə zəng edib
- Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
- Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
- “Tamaşaçılardan üzr istəyirəm, gərək etməzdim”
- Moskvada Timur Myasnikov da güllələnib
- Şvartsenegger əməliyyatdan sonra yeni FOTOsunu paylaşdı
- Aİ-Ermənistan-ABŞ müştərək konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər - Ceyhun Bayramov
- Baş nazirin əvəzinə səhvən köməkçisini öpdü - VİDEO